2 iyunda “Günəş uşaqları” adlı tədbir keçirilmişdir

3 июня 2016

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi,  bu il də “1 İYUN – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində silsilə tədbirlər keçirir.Təşkil edilən tədbirlərdə xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakına da xüsusi diqqət yetirilir.

Bu tədbirlərin davamı olaraq 2 iyun 2016-cı il tarixdə Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya MərkəzindəKomitə tərəfindən Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi və  “Bechique” Azərbaycan brendi ilə birgə “Günəş uşaqları” adlı tədbir keçirilmişdir. Tədbirdə “Dəcəllər” Daun Sindromlu Şəxslərin Assosiasiyasının uşaqları iştirak etmişdir.

Tədbirdə  uşaqların iştirakı ilə dəb nümayişi, rəsm işlərindən ibarət sərgi keçirilmiş, eləcə də musiqili səhnəcik nümayiş olunmuşdur.

Daha sonra Komitə sədri Hicran Hüseynova, Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva, “Sevimli Bala” Uşaq Cəmiyyətinin direktoru Nərminə Həsənli və “Bechique” Azərbaycan brendinin rəhbəri Firuzə Hacıbəyli çıxış etmişdilər.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri və digər qonaqlar iştirak etmişdilər.

Sonda uşaqlara Komitə tərəfindən təşkil olunmuş hədiyyələr təqdim olunmuşdur.