Dövlət Komitəsinin təşkilatçılığı ilə sosial dəstək kampaniyası keçirilir

29 декабря 2020

Поделиться:

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il ərəfəsində növbəti sosial dəstək kampaniyası başladıb. Kampaniya çərçivəsində  müharibədən zərər çəkən ailələrə, eyni zamanda böyük Qələbəni bizə yaşadan şəhid və qazilərimizin ailələrinə səfərlər edilir, görüşlər keçirilir.

29 dekabr 2020-ci il tarixindən başladılan kampaniya çərçivəsində bu gün Komitə əməkdaşları və “Ailəm” könüllüləri ailələrlə görüşərək onlarla psixloji söhbət aparıb, bayram sovqatları və uşaqlara müxtəlif hədiyyələr təqdim edib.

Kampaniya müxtəlif rayonlar üzrə bayram günlərində də davam etdiriləcək.