Mərkəzlərdə maarifləndirici tədbirlər davam etdirilir
Поделиться:
2 sentyabr 2020-ci il tarixdə Şüvəlan və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə müxtəlif mövzulu tədbirlər keçirilib.
Şüvəlan UADM-in təşkil etdiyi “Xəstəliklərə qarşı profilaktik tədbirlər” adlı onlayn vebinarda UADM-in sosial iş üzrə mütəxəssisləri, səhiyyə işçiləri və rayon sakinləri iştirak ediblər.
Vebinar zamanı uşaqlarda sağlamlığın qorunması haqqında tövsiyələr verilib.
Hacıqabul UADM-in “Uşaqlığımı əlimdən almayın!” adlı onlayn tədbirində UADM-in əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Vebinarda erkən nikahın fəsadları və bu istiqamətdə valideyn məsuliyyəti məsələləri müzakirə olunub.
Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılaraq onlara mövzu ilə əlaqəli onlayn bukletlər göndərilib.