“Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunun qalibi Nərmin Paşayevaya kubok təqdim edildi

19 мая 2020

Поделиться:

Ağstafa Rayon İcra Hakimiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi, 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərmin Paşayevaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən “Qələbəyə doğru” kuboku və digər hədiyyələr təqdim edilmişdir.

Ölkəmizdə uşaqların dünyagörüşünün artırılması, yeni biliklərin əldə edilməsinə stimullaşdırılması, asudə vaxtının səmərəli təşkili, müxtəlif bölgələrimizdən olan uşaqlar arasında əlaqələrin yaradılması məqsədilə tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il uşaqlar arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyun keçirilir.

May ayının 14-də Nərmin Paşayeva və onun ailəsi Ağstafa rayon İcra Hakimiyyətinə dəvət edilmiş, Komitə tərəfindən təqdim olunan kubok, diplom, qiymətli hədiyyə və Ağstafa rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, Nərminin əldə etdiyi bu nailiyyət digər uşaqlar üçün də gözəl nümunə olacaqdır.