"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı video-konfrans keçiriləcək

13 мая 2020

Поделиться:

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 15 May ”Beynəlxalq Ailə Günü” elan edilmişdir.

Bu münasibətlə, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı video-konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov iştirak edəcəkdir.

Hörmətli izləyicilər, video-konfransda müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Sizi 15 may 2020-ci il tarixdə saat 12:00-da konfransı izləməyə dəvət edirik.