“Ailədə uşaqla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi” mövzusunda onlayn təlim keçiriləcək

24 апреля 2020

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud vəziyyəti nəzərə alaraq uşaq və ailələri əhatə edən məsələlərlə bağlı müxtəlif mövzularda onlayn təlimləri davam etdirir.
Hazırda #Evdəqal dönəmində ailələri ən çox maraqlandıran məsələlərdən biri də onların öz uşağı ilə uğurlu ünsiyyət qurması və valideyn olaraq öz vəzifələrini daha yaxşı necə yerinə yetirməsidir.

Bunları nəzərə alaraq 26 aprel 2020-ci il saat 16:00-da “Ailədə uşaqlarla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi” mövzusunda onlayn təlim keçiriləcək.

Onlayn təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq məsələləri üzrə Avropa Şurasında milli ekspert, sosial işin tədrisi üzrə müəllim Ceyran Rəhmətullayeva və Komitənin əməkdaşı Fərid Ədilov iştirak edəcək.
Onlayn təlim Komitənin rəsmi Facebook səhifəsində canlı yayımlanacaq, görüş zamanı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Suallarınızı canlı yayım zamanı şərh bölməsinə yaza bilərsiniz.
Əgər təlim sizlərə və tanıdığınız insanlara maraqlıdırsa, o zaman qoşulmanızı tövsiyə edirik.