Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin (UNİCEF-in) yeni rəhbəri cənab Edvard Karvard ilə görüşü keçirildi
Поделиться:
2 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin (UNİCEF-in) yeni rəhbəri cənab Edvard Karvard ilə görüşü keçirilmişdi. Görüş çərçivəsində tanışlıq və UNİCEF-in Azərbaycanda yeni layihələri müzakirə edilmişdi.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin (UNİCEF-in) yeni rəhbəri cənab Edvard Karvarddan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və UNİCEF-in nümayəndəsi Tamerlan Rəcəbovun iştirak etmişdilər.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr keçirilmişdi. Müzakirə çərçivəsində 2017-ci ildə uşaq hüquqlarının müdafiəsi istiqamətində yeni maarifləndirmə və araşdırma xarakterli tədbirlərin davam etdirilməsi qərar qəbul edilmişdi.