Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi #Evdəqal kampaniyası çərçivəsində icmada yaşayan həssas təbəqədən olan ailələr üçün sosial izolyasiya tədbirləri haqqında məlumatlandırma aksiyasını keçirir
Поделиться:
Cari ilin 23 mart tarixindən Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkşdaları həssas təbəqədən olan ailələrə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin fəaliyyəti haqqında məlumatları təqdim edirlər.
Həmçinin Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlarla tətbiq olunan preventiv və müdafiə xarakterli sosial izolyasiya tədbirlərinin mahiyyəti və yerinə yetirilməsinin vacibliyi onlara izah olunur.
Dövlət Komitəsinin #Evdəqal kampaniyasına qoşulmasının əsas məqsədi «Sağlam Ailə = Sağlam Gələcək» devizi altında Azərbaycan hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən sosial izolyasiya qaydalarına əməl edilməsinə töhfə verməkdir.
#stayhome #evdəqal #Azərbaycan #EvdəOturVirusaYoluxma #WHO #Təbib #washhands #əllərisabunlayumaq #sağlamhəyat