“Qeyri-infeksion xəstəliklərin profilaktikası. Süd vəzi xərçəngi və onun profilaktikası” adlı tədbir keçirildi
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələrin qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində maarifləndirilməsi məqsədilə
28 fevral 2020-ci il tarixində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində olan İncəsənət Kollecinin qız tələbələri üçün “Qeyri-infeksion xəstəliklərin profilaktikası. Süd vəzi xərçəngi və onun profilaktikası” adlı tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva əhalinin rifahının yaxşılaşdırılmasına, insanların sağlamlığına, gənc və yeniyetmələrin sağlam nəsil kimi böyüməsinə, formalaşmasına dair dövlət tərəfindən qəbul olunmuş qanunlar, Dövlət proqramları və həyata keçirilən layihələr barədə çıxış edib, eyni zamanda cəmiyyətimizi narahat edən aktual problemlər (məişət zorakılığı, erkən nikah halları, insan alveri və s.), eləcə də onların yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Vəfa Ağayeva “Qeyri-infeksion xəstəliklərin profilaktikası. Süd vəzi xərçəngi və onun profilaktikası” adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına qeyri-infeksion xəstəliklərindən bəhs edib, bu xəstəliklərin bir növü kimi süd vəzi xərçənginin profilaktikası üçün lazımi tədbirlər barədə danışıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib.
Tədbirdə Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və “Azərbaycan ailəsi” film festivalına təqdim olunan “Ailə bir ağacdır”, “Xoşbəxtliyin açarı” və “ To be or not to be” adlı filmlər nümayiş etdirilib.
Tədbirinin sonunda gənclərin cəmiyyətdə tutduqları rolu nəzərə alaraq, onların ailəyə, ailə dəyərlərinə, ailə davranışına, yaşlı nəsilə münasibətinin araşdırılması məqsədi ilə 56 nəfər tələbə arasında sorğu aparılıb.