Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

26 февраля 2020

Поделиться:

Fevralın 26-da Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Şüvəlan, İsmayıllı, Qəbələ, Zaqatala və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, İcra Hakimiyyətinin nümayəndələri, H. Əliyev Mərkəzinin əməkdaşları, rayon məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirlər zamanı öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonda Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verilib, video çarxlar,  Xocalı soyqırımı mövzusunda hazırlanmış səhnəciklər əks olunub, məktəb şagirdlərinin faciəyə həsr etdiyi ədəbi-bədii kompozisiyalar səsləndirilib və Xocalı sakinlərinə ərzaq yardımı edilib