Zərdabda dispanserizasiya mövzusunda tədbir keçirilib
Поделиться:
18 fevral tarixində Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Dispanserizasiyanın vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə, Rayon Mərkəzi Xəstəxanasının həkimi, UADM-ın əməkdaşları və mərkəzdən bəhrələnən aztəminatlı ailələr iştirak ediblər.
Tədbirdə uşaqlara və valideynlərə dispanserizasiyanın vacibliyi haqqında geniş məlumatlar, sağlamlığın qorunması və xəstəliklərin önlәnməsinә dair risk faktorlarının aradan qaldırılması məqsәdi ilə məsləhətlәr verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzuya aid bukletlər paylanılıb.