Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Ağdaşda vətəndaşları qəbul etdi

14 февраля 2020

Поделиться:

Komitənin sədr müavini  Sədaqət Qəhrəmanova Ağdaşda vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  2020-ci il 14 fevral  tarixində Ağdaş rayonu Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.   

Qəbulda Kürdəmir, Göyçay, Ağdaş rayonundan olan  sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb. 

Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Komitənin sədr müavini Sədaqət Qəhrəmanova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat  verib. Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.