Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək
Поделиться:
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.
İnformasiya və Analitik Araşdırmalar şöbəsi