“Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib
Поделиться:
Fevralın 12-si Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ rayon Dövlət Peşə Təhsil Mərkəzi ilə birlikdə Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə UADM-in, Qəbələ rayon Polis şöbəsinin əməkdaşları, Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu fəsadların qarşısının alınması məqsədi ilə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.
Tədbirin sonunda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirildi. Mövzunu əhatə edən bukletlər paylanılıb.