İnsan alverinin qurbanı olma riskinin azaldılması mövzusunda tədbir keçirilib

12 февраля 2020

Поделиться:

Fevralın 12-də Sabirabad UADM tərəfindən Sabirabad rayon Peşə Liseyində “İnsan alverinin qurbanı olma riskinin azaldılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçılarına insan alveri, insan alverinə cəlb etmə üsulları, insan alveri qurbanlarının əsas məşğulluq sahələrindən danışılmış, istismardan azad olma üsulları  haqqında maarifləndirici məlumat verilib.

Sonda iştirakçılara mövzu haqqında məlumatlandırıcı vərəqlər paylanılıb.