Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin sədri Yelena Çentemero ilə görüşü keçirildi
Поделиться:
27 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin sədri xanım Yelena Çentemero ilə görüşü keçirilib. Görüş çərçivəsində tanışlıq və Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən yeni layihələr müzakirə edilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin sədri Yelena Çentemerodan başqa, Azərbaycan Respublikasının Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova və Komitənin əməkdaşları iştirak ediblər. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.
Müzakirə çərçivəsində Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərarqəbuletmədə təmsilçiliyin artırılması, qadınların iqtisadi fəallığının artırılması və digər sahələrdə təcrübəsi xarici qonağa çatdırılıb.
Sonda Azərbaycan və Avropa Şurası arasında gender bərabərliyinin təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi qərar verilib.