Qızların təhsildən yayınması mövzusunda maarifləndirici tədbir keçirilib
Поделиться:
17 yanvar tarixində Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Qızların təhsildən yayınmasının qarşısınının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə “Valideyn Klubu”-nun üzvləri, gənclər mərkəzinin, Zərdab rayon mərkəzi kitabxanasının əməkdaşları iştirak edib.
Tədbirdə dünyadakı 60 milyona yaxın qızın məktəbə gedə bilməməsinin qlobal problem olduğu bildirilib. Zorakılıq, terrorizm, münaqişələr nəticəsində qızların təhsil almaq hüququndan məhrum olması, bundan əlavə yoxsul ailələrin də öz qızlarını məktəbə göndərməməsi müzakirə olunub. Erkən nikahların, müxtəlif xoşagəlməz hadisələrin qızların təhsiledən yayınmasına səbəb olduğu qeyd edilib. Bütün bunların qarşısını almaq üçün kənd yerlərində qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığı tədbir iştirakçılarına çatdırılıb.
Sonda mövzuya aid video-çarx nümayiş edilib və tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.