Komitənin beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlığı haqda hesabat

16 января 2020

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə daxilində fəaliyyəti ilə yanaşı bir sıra ölkələrin aidiyyatı dövlət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamət kimi seçib. Komitə ikitərəfli münasibətlərin əməkdaşlıq çərçivəsində davam etdirilməsi üçün aşağıdakı Memorandum və Sazişlər imzalayıb:

•    30 yanvar 2007-ci il tarixində Fransa Respublikası Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi ilə əməkdaşlıq haqqında İnzibati Razılaşma

•    26 yanvar 2010-cu il tarixində Küveyt Dövlətinin Qadın məsələləri üzrə Komitəsi ilə qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş

•    3 iyun 2010-cu il tarixində Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında Saziş

•    15 iyun 2010-cu il tarixində Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi ilə ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum”

•    25 oktyabr 2011-ci il tarixində Türkiyə Respublikası Hökuməti ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu

•    29 avqust 2012-ci il tarixində Latviya Respublikasının Rifah Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum

•    20 oktyabr 2014-cü il tarixində İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası ilə əməkdaşlıq haqqında Memorandum

Bundan başqa, BMT-nin Əhali Fondu,  BMT-nin İnkişaf Proqramı, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Avropa Şurası və s. təşkilatlarla əməkdaşlıq cərçivəsində

  • bir sıra layihələr həyata keçirilmiş,
  • gender zorakılığı ilə mübarizə sahəsində qanunvericilik bazasının təhlili aparılmış,
  • məişət zorakılığına məruz qalmış şəxslər üçün əsas xidmətlər paketi hazırlanmış,
  • yerli icra hakimiyyətlərində yaradılan Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarına “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda  təlimlər keçilmiş,
  •  “Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat”,
  •  “Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər” adlı Gender Qiymətləndirilməsi hesabatı və digər mühüm sənədlər hazırlanıb.

BMT-nin Mərkəzi Asiya Dövlətlərinin İqtisadiyyatı üzrə Proqramının (SPEKA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Tematik İşçi Qrupuna 12 ildir ki,  Azərbaycan sədrlik edir.