Qadınlarla bağlı yeni sosial layihə

20 декабря 2019

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi KLAPP dermato-kosmetologiya institutu ilə birgə həssas qrupdan olan qadınlara kosmetoloji xidmətlərin göstərilməsi üzrə sosial layihəyə start verib.

Layihənin 6 ay davam etdirilməsi planlaşdırılmışdır. Layihə çərçivəsində iştirakçı qadınlar konsultasiya alacaq və aparat kosmetologiyası, dermatologiya və dietologiya xidmətlərindən təmənnasız istifadə edəcəklər. Qadınlara ən son texnika ilə təchiz olunan sertifikatlaşdırılmış təcrübəli mütəxəssislər kömək edəcəklər. Layihənin məqsədi məişət zorakılığına məruz qalmış, çətin həyat şəraitində yaşayan qadınların gözəlliyini, özünə və gözəl gələcəyə inamını geri qaytarmaqdır.

16 dekabr 2019-cu il tarixində layihənin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  KLAPP dermato-kosmetologiya institutunun nümayəndələri və klinikanın daimi müştəriləri, blogerlər, jurnalistlər iştirak edib.