“Uşaqlarımızı xəstəliklərdən qoruyaq!” adlı tədbir keçirilib

6 декабря 2019

Поделиться:

Dekabrın 6-da  Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində Uşaqların İcbari Dispanserizasiyasına həsr olunmuş “Uşaqlarımızı xəstəliklərdən qoruyaq!” adlı tədbir keçirilib. Tədbirdə aztəminatlı ailələrin uşaqları, valideynlər və UADM-ın əməkdaşları iştirak ediblər.

Tədbir mövzuya aid qısametrajlı filmlərin nümayişi ilə başlayıb. Tədbir iştirakçılarına İcbari Dispanserizasiyanın nə olduğu və onun nə məqsəd daşıdığı izah edilib. Sonra isə uşaqlarda patalogiyaların və digər pozuntuların aşkar edilməsi üçün İcbari Dispanserizasiyanın nə qədər vacib və əhəmiyyətli olduğu qeyd edilib, İcbari Dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni nümayəndələrinin hüquqları barəsində məlumat verilib.

Tədbirin sonunda iştirakçılara mövzuya aid buklet və lefletlər paylanılıb.