Göygöldə “Gender əsaslı zorakılığa qarşı mübarizə” adlı tədbir keçirilib

5 декабря 2019

Поделиться:

Dekabrın 5-də Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçılarına gender əsaslı zorakılıq nədir və onun yaranma səbəbləri, buna aparan yollar, zorakılığa qarşı mübarizə, psixoloji və hüquqi yardım alma və belə hallarla qarşılaşdıqda nə etmək lazım olduğu haqqında geniş məlumat və tövsiyyələr verilib.

Bununla yanaşı Göygöl UADM-ə müraciət etmiş hüquq problemli ailələrin qəbulu təşkil edilib. Qəbul zamanı müraciətçilər vəkillər tərəfindən dinlənilib, ərizələri qəbul edilib, problemlərinin həllinə dair görülən işlər haqqında məlumatlandırılacaqları bildirilib.