“Azərbaycanda Gender Əsaslı Zorakılıq ilə Mübarizə” layihəsinə start verildi

26 октября 2016

Поделиться:

25 oktyabr 2016-cı il tarixində  saat 10:00-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində BMT-nin Əhali Fondu tərəfindən həyata keçiriləcək “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” adlı 2 illik layihənin açılış konfransı baş tutacaq. Layihə çərçivəsində gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində yeni addımların atılması nəzərdə tutulur. Konfransda dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun ölkə direktoru cənab Karl Kulessa, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill və digər müvafiq qurumların nümayəndələri çıxış edəcəklər.

Layihənin əsas fərqləndirici cəhətlərindən biri qadın hüquqlarının təşviqi və müdafiəsi üçün qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyadan (CEDAW) və Davamlı İnkişaf Məqsədlərində gender aspektinin təmsil olunan əsas prinsiplərdən çərçivə kimi istifadə edilməsidir.

Konfransın davamında bir sıra dövlət qurumlarının və qeyri-dövlət təşkilatlarının iştirakı ilə gender əsaslı zorakılığın cəmiyyətə vurduğu zərərin müxtəlif aspektləri barəsində müzakirələr baş tutacaq.

Ünvan: BAKI, (25 oktyabr, 10:00, Fairmont Baku Oteli)