Neftçala rayonunda Gender Bərabərliyi Festivalı keçiriləcəkdir

9 октября 2019

Поделиться:

BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi və Coca-Cola Fondunun maliyyələşdirdiyi “Rayon qadınları və gənclərinin sosial və iqtisadi həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində oktyabr ayında Neftçala rayonunda Gender Bərabərliyi Festivalı keçiriləcəkdir. 

Festival oktyabrın 11-də (Beynəlxalq Qızlar Günündə) Həsənabad kəndində və oktyabrın 15-də (Beynəlxalq Kəndli Qadınlar Günündə) Aşağı Qaramanlı kəndində baş tutacaqdır. Festivalın məqsədi kənd qadınlarını sosial-iqtisadi həyatda daha da fəal olmağa səsləmək, eləcə də gender bərabərliyi, məişət zorakılığı, qızların təhsili və qadınların səlahiyyətlənməsi kimi müxtəlif mövzularda maarifləndirici çağırışlar etməkdir. 

Festivalda sosial çarx nümayiş olunacaq, C.Cabbarlının “Sevil” tamaşasından səhnə göstəriləcək, yuxarı sinif şagirdləri arasında intellektual yarışma təşkil olunacaq və “Qızlarımızı məyus/xoşbəxt edən nədir?” mövzusunda sorğu-müzakirə aparılacaqdır.