İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Beynəlxalq Ahıllar günü ilə bağlı tədbir keçirib
Поделиться:
BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Dünyada olduğu kimi, ölkəmizdə də hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi yüksək səviyyədə qeyd olunur. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllıda Beynəlxalq Ahıllar günündə ərazilərdə yaşayan ahıl sakinləri ziyarət edilib, ahıllarla birgə çay süfrəsi təşkil edilib.
Görüş zamanı ahıllar ziyarətdən məmnun olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Ahıllar günü münasibəti ilə əlaqədar ərzaq sovqatı, hədiyyələr təqdim olunub.
Qeyd olunub ki, ölkəmizdə ahıl insanlara, aztəminatlı ailələrə daim yardımlar edilir, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları həyata keçirilir.
Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkilib.