“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması” mövzusunda tədbir keçirilib
Поделиться:
Sentyabrın 24-də Saatlı UADM-in 2019-ci il Dövlət proqramına əsasən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və tibb işçiləri olmaqla 18 nəfər iştirak edib.
Tədbirdə mövzu haqqında məlumat verilərək, bildirilib ki, əlillik hallarının əksəriyyəti körpənin dünyaya gəldiyi dövrdən qaynaqlanır. Bu halların erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi isə əlilliyin qarşısının alınmasında mühüm rol oynayır. Bununla da, əlilliyin qarşısının erkən alınması üçün tədbirlərin görülməsi müzakirə olunub.
Tədbir zamanı geniş fikir və müzakirələr aparılıb.