Komitə sədri Serbiya Respublikasına səfər edəcək
Поделиться:
2-3 oktyabr 2019-cu il tarixində Belqradda Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial Məsələlər Nazirliyinin təşkilatçılığı ilə “Lider Qadınlar və Davamlı İnkişaf-mütləq inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı etdiyi nümayəndə heyəti iştirak edəcəkdir.
Konfransda qadınların müxtəlif sahələrdə təmsilçiliyi, liderlik bacarıqlarının artırılması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi hədəfinə nail olunması və digər mühüm məsələlər müzakirə olunacaq. Eyni zamanda Azərbaycanda qadın hüquqlarının müdafiəsi, bu sahədə mövcud qanunvericilik, qadınların imkanlarının artırılması, qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər haqqında məlumatlar təqdim olunacaqdır.