Xızı rayonunda vətəndaşların qəbulu keçiriləcək
Поделиться:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
30 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 10:00-da Xızı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Xızı , Siyəzən və Şabran rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.