Ağdamda uşaqların ödənişsiz səyyar tibbi müayinəsi keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” çərçivəsində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunda uşaqların ödənişsiz səyyar tibbi müayinəsi təşkil olunur. 01.06.2019-cu il tarixdə saat 12:00-da rayonun Dörd Yol Xəstəxanasında baş tutacaq müayinədə Ağdam rayonunda yaşayan aztəminatlı ailələrdən olan, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarı olan uşaqlar iştirak edəcəkdir. Müayinədə stomatoloq, nevropatoloq, aftalmoloq və həkim terapevtlər tərəfindən 100-dən çox uşağın müayinəsi nəzərdə tutulub.