Uşaq və Ailələrə Dəstək Mərkəzləri Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirib

4 апреля 2019

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan  və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri Aprel döyüşləri ilə əlaqədar olaraq 1-3 aprel 2019-cu il tarixlərində rayonun müxtəlif  təhsil  şöbələrində və yaşayış  məntəqələrində  görüşlər həyata keçirib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Cəbrayıl rayonu Fuad Əsədov adına Quycaq kənd tam orta məktəbində, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi isə rayonun Muxax və Qaladüzün kəndində  olublar.

Tədbir zamanı Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sevinc Qurbanova tədbir iştirakçılarına  Milli Ordumuzun qələbəsilə nəticələnən döyüş əməliyyatından danışıb. S.Qurbanova əzəli Azərbaycan torpağı olan Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyinin yenidən geri qaytarılması nəticəsində yüzlərlə məcburi köçkün ailəsinin  öz əzəli  torpaqlarında  yenidən  məskunlaşdırıldığını söyləyib. Böyük qayıdışın başlanğıcı hesab olunan Aprel döyüşləri zamanı şəhid olan qəhrəman igidlərimizin şücaətli həyat yolu barədə tədbir iştirakçıların məlumatlandırıb. 

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları məktəb şagirdlərilə birgə  Aprel döyüşləri zamanı şəhid olmuş Muxax kənd sakini  Rəvan Nuriyevin və Qaladüzün kənd sakini  Sərxan Bayramovun ailələrinə baş çəkiblər. Görüş zamanı şəhid ailələri ilə eyni kədəri paylaşdıqlarını bildiriblər.