“Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçiriləcək
Поделиться:
2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarda yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 1 mart 2019-cu il tarixində saat 10.00-da Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Abşeron Binə Peşə Liseyində “Sağlam həyat tərzi.QİCS-dən qorunma yolları” mövzusunda nəzərdə tutulur (Ünvan: Xəzər rayonu, Binə Qəsəbəsi, Ə.İsazadə küç.1).