“Maliyyə savadlılığı” adlı təlimlər keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi çərçivəsində “Maliyyə savadlılığı” adlı təlimlər həyata keçirib.
23 noyabr 2016-cı il tarixində Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin illik Yığıncağında Komitə nümayəndəsi iştirak edib. Tədbirin keçirilməsində məqsəd maliyyə savadlılığı üzrə təlimçiləri və digər peşəkarları bir araya gətirərək, fərdlərin və onların ailələrinin maliyyə resurslarını maksimallaşdırmaq məqsədilə, yeni strategiyanın və əməkdaşlığın inkişafına dəstək olmaq idi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Zöhrab Həsənov öz çıxışında Komitənin qadınların iqtisadi cəhətdən gücləndirilməsi məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib, regionlarda maliyyə savadlılığının vacibliyini qeyd edib.