Azerbaijan delegation had visited Germany for the purpose of exchange of experience related with women's rights and domestic violence

4 декабря 2018

Поделиться:

 

     Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin „Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmasının dəstəklənməsi“nin regional proqramı çərçivəsində 03-07 dekabr 2018-ci il tarixlərində Qadın hüquqları və məişət zorakılığı ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Almaniya Federativ Respublikasının Bremen şəhərində rəsmi səfərdədir.

       4 dekabr 2018-ci il tarixdə Bremen Şəhər Administrasiyasında keçirilən görüşdə Şəhər Adminstrasiyasının rəhbəri xanım Bettina Wilhelm tərəfindən Almaniya Respublikasının Mərkəzi İdarəsinin fəaliyyəti haqqında geniş məlumat verilib. Daha sonra Şəhər Administrasiyasınını əməkdaşları xanım Margaretta Kurmann və cənab Tim Krogger qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması mexanizmi, yardım sistemi, priventiv tədbirlərin görülməsi ilə bağlı geniş təqdimatla çıxış ediblər.

    5 dekabr 2018-ci il tarixdə isə nümayəndə heyəti Almaniyanın Bremen şəhərində sığınacaq evlərinin nümayəndələri ilə görüşü baş tutub. Görüş zamanı məişət zorakılığından zərərçəkən şəxslərin sığınacağa yerləşdirmə proseduru, bu sahədə hüquqi baza və sığınacaqların maliyyələşməsi qaydaları barədə təcrübə mübadiləsinin keçirilməsi planlaşdırılır.