“3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə tədbir keçiriləcək

2 декабря 2016

Поделиться:

Xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən  biridir. Qeyd olunan kateqoriyadan uşaqların re-inteqrasiyası və ünsiyyətini təmin etmək məqsədilə Komitə  tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

“3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə Komitə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan uşaqlardan ibarət komandalar arasında “Qələbəyə doğru” intellektual bilik oyununun təşkili nəzərdə tutmuşdur. Qalib komandalar diplom və hədiyyə ilə mükafatlandırılacaq.

Tədbirin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara mənəvi dəstək göstərmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək və ictimaiyyətin diqqətini onlara yönəltməkdir.

Tədbir  30 noyabr 2016-cı il tarixində saat 11:45-da  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat  məktəbində keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77).

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.