Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması məqsədi ilə tədbir keçirmişdir

25 ноября 2018

Поделиться:

Saatlı Uşaq və Ailələr Dəstək Mərkəzi Saatlı rayon Mədəniyyət Mərkəzində yerləşən Tibb klubunun tələbələrinin iştirakı ilə “25 noyabr Qadınlara qarşı zorakılığın ləğv olunması günü”nə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə mövzu haqqında məlumat verilmiş, qadınlara qarşı zorakılığın yol verilməz olunmasından söhbət açılmışdır. Bu günün tarixindən bəhs edərkən bildirilmişdir ki, “qadınlara qarşı zorakılıq cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi zorakılığı nəzərdə tutur. Qadınlara qarşı zorakılıq dünyanın hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək”.

Tədbirin sonunda  iştirakçılara qadın hüquqları üzrə bələdçi kitabı və bukletlər təqdim olundu.