Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim
Поделиться:
Noyabrın 15-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayonunda yerləşən 123 saylı tam orta məktəbdə 30 şagirdin iştirakı ilə Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirmişdir. Təlimdə uşaqlara məişət zorakılığının növləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilmişdir. Iştirakçıların aktivliyi ilə baş tutan təlimdə onlara mövzuya uyğun maarifləndirmə materialları təqdim edilmişdir.
Государственный комитет Азербайджанской Республики по проблемам семьи, женщин и детей