İqtisadi zorakılığın qarşısının alınması və Qadın biznesi-inkubatorlarının yaradılmasına həsr olunan tədbir keçirildi

2 ноября 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2 noyabr 2018-ci il tarixində Neftçala rayonunda Qadın Resurs Mərkəzində İqtisadi zorakılığın qarşısının alınması və Qadın Biznes inkubatorlarının yaradılmasına həsr olunmuş tədbir həyata keçirib.

            Tədbirin məqsədi məişət zorakılığının bir növü olan iqtisadi zorakılığının qarşısının alınması, regionlarda biznesə başlayan qadınların qarşılaşdıqları problemlər və onların aradan qaldırılması, yeni biznesə başlıyan qadınların maliyyə savadlılığının artırılması, biznes planlarının qurulması, mövcüd qadın biznes subyektlərinin gücləndiriməsi, eyni zamanda, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planının 4.4 bəndinin (Qadın sahibkarlığının inkişaf etdirilməsi) 4.4.3 yarımbəndinin (Qadın biznesi-inkubatorlarının yaradılması) 4-cü hissəsinin (Qadın biznesi-inkubatorlarının yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi) icrasını təmin etməkdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova, Bakı Biznes Tədris Mərkəzinin İnformasiya Resursları və texnologiyaları şöbəsinin müdiri, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planının “Qadın Biznes inkubatorlarının yaradılması” tədbirlərinin icrası üzrə İşçi Qrupunun rəhbəri Vidadi Baxışov, Azərbaycan Qadın Sahibkarların İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, BMT-nin Inkişaf Proqramının layihə rəhbərləri Nadir Quluzadə və Gülarə Hümbətova,  süd məhsulları istehsalçısı, fərdi sahibkar (Neftçala rayonu) Sevinc Ağayeva, Kompüter Biznes Mərkəzinin rəhbəri, fərdi sahibkar (Neftçala rayonu) Zümrüd Məmmədova çıxış edib.

Həmçinin tədbirdə Masallı və Salyan rayonunun  Resurs Mərkəzlərinin rəhbərləri də iştirak edib.

Tədbirdə biznes fəaliyyətinə yeni başlayan qadınlara biznes planlarının tərtib olunması, qadın unkubatorun gələcək fəaliyyəti, həyata keçiriləcək təlimlər barədə məlumat verilib və qadınların biznes fəaliyyətinin qurulması ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.