“3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində təhsil alan uşaqlardan ibarət komandalar arasında intellektual bilik oyunu təşkil edilib

4 декабря 2016

Поделиться:

Xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqlara mənəvi dəstək, onların cəmiyyətə inteqrasiyasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Komitə  tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

2 dekabr  2016-cı il tarixində “3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə Komitə tərəfindən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində təhsil alan uşaqlardan ibarət komandalar arasında intellektual bilik oyunu təşkil edilib.

Tədbirdə Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin əməkdaşları Reyhan Seyidova, Nurlana Qaraxanova, Fərid Ədilov, eləcə də 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva iştirak edib. Tədbiri giriş sözü ilə açan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşaqlar arasında təşkil edilən bu tədbirə görə Komitəyə təşəkkür etdi. Daha sonra Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək “3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə təşkil edilən bu tədbirin uşaqların bilik və bacarıqlarının, onların liderlik bacarılqarının artırılmasında, eləcə də asudə vaxtlarının səmərəli təşkilində xüsusi rol oynadığını diqqətə çatdırdı. Daha sonra yarışa start verildi. Yarış məktəbdə təhsil alan 5 komanda (hər komandada 5 nəfər olmaqla) arasında keçirildi. Sonda I, II, III yer tutan komandalar Komitə tərəfindən diplom və hədiyyələrlə, digər komandaların iştirakçılar isə intellektual oyunda fəal iştiraka görə diplomla təltif edildilər.