“Sağlam həyat tərzi. Qeyri-infeksion xəstəliklərin profilaktikası” adlı tədbir keçiriləcək

29 октября 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, qeyri-infeksion xəstəliklərin profilaktikası məqsədilə   30 oktyabr 2018-ci il tarixində saat 10.30-da Bakı şəhəri Xətai rayonunda yerləşən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecin tələbələri üçün “Sağlam həyat tərzi. Qeyri-infeksion xəstəliklərin profilaktikası” adlı tədbirin keçirilməsi  nəzərdə tutulur.