Biləsuvarda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ərzində yeni Qadın Resurs Mərkəzi açılacaq

10 декабря 2016

Поделиться:

7 dekabr 2016-cı il tarixində, saat 12:00-da Biləsuvar rayonunda Avropa İttifaqının (Aİ) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə BMTİP və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi layihənin bir hissəsi kimi yeni Qadın Resurs Mərkəzi açılacaq.

Biləsuvar Qadın Resurs Mərkəzinin açılışı bu layihə çərçivəsində ilk nəticədir. Bu mərkəzin məqsədi qadınlara sosial həyatda aktiv iştirakı gücləndirməyə kömək etməkdən ibarətdir. Bu mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı,sahibkarlıq fəaliyyəti, peşə təhsili və yaradıcı özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.

Bu günə qədər Qadın Resurs Mərkəzləri 416 qadını özündə səfərbər edib, 350-dən çox qadın üçün təlim təşkil edib, qadınlar tərəfindən idarəolunan 50-dən çox biznesə başlamaqda və inkişaf etdirməkdə yardım edib, eləcə də gender məsələləri və zorakılıqla bağlı maarifləndirmə kampaniyasında 450-dən artıq uşaq, qadın və kişini məlumatlandırıb.

2016-2018 müddəti üçün başlayan “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı bu layihənin məqsədi qadınların hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu irəlilətmək və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə kənd/rayon qadınlarının cəmiyyətdə iqtisadi və siyasi iştirakını artırmaqdır. Layihə qeyri-hökumət təşkilatlarına insan hüquqları əsaslı yanaşma vasitəsilə gender bərabərliyi gündəmini inkişaf etdirmək, qadın aktivistlərin öz sosial iştirak hüquqlarını daha yaxşı həyata keçirmək üçün bacarıqları gücləndirmək və müdafiəsiz qadınlara öz iqtisadi hüquqlarını daha yaxşı həyata keçirməyə imkan yaradacaq. Bu layihə Avropa  Birliyi və BMTİP tərəfindən maliyyələşdirilir və BMTİP və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.