Köçkün uşaqlarla yay tətili müddətində “Biz təbiətlə güclüyük”adlı təbiət qoynuna gəzinti və əyləncəli idman oyunları keçirildi
Поделиться:
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi icmadan olan uşaqların yay istirahətinin səmərəli təşkili və rayonlarımızı tanıtmaq məqsədilə on altı uşağın və onların valideynlərinin iştirakı ilə Oğuz rayonuna gəzinti təşkil etmişdir.
Avqustun 16-da baş tutan və “Biz təbiətlə güclüyük” adı altında keçirilən tədbir zamanı uşaqlar üçün əyləncəli idman oyunları, kəndirlə dartınma, voleybol, futbol oyunları, təbiət qoynunda yürüyüş, maraqlı intelektual oyunlar, viktorinalar təşkil edildi. Uşaqlar Mərkəz əməkdaşları tərəfindən Oğuz rayonu haqqında məlumatlandırılmışdır.
Государственный комитет Азербайджанской Республики по проблемам семьи, женщин и детей