İraq Respublikasının Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan, valideynlərini itirmiş azyaşlı uşaqların Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı məlumat

16 августа 2018

Поделиться:

İraq  Respublikasının Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşları olan, valideynlərini itirmiş, azyaşlı uşaqların  Azərbaycan Respublikasına gətirilməsi, daha sonra yerləşdirilməsi, səhiyyə xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji  realibitasiyası və digər tədbirlərin görülməsi ilə bağlı proseslərin əlaqələndirilməsi üçün müvafiq dövlət orqanlarının iştirakı ilə işçi qrup yaradılmışdır.

Azərbaycan Höküməti tərəfindən 2018-ci ilin avqust ayı ərzində İraq  Respublikasından Azərbaycan vətəndaşı olan valideyn himayəsindən məhrum olmuş 9 uşaq Azərbaycana gətirilmişdir. Dövlət qurumlarından ibarət işçi qrup tərəfindən uşaqların təhlükəsizliyi təmin edilib və hüquqlarının müdafiəsi istiqamətində səhiyyə, sosial, psixoloji, hüquqi və digər xidmətlər göstərilib. Bu fəaliyyətin davamı olaraq uşaqlar qohumlarının müraciəti əsasında yerli icra hakimiyyətlərinin qərarı ilə qəyyumluğa götürülmüşdür.

 Hal-hazırda uşaqların realibitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı iş davam etdirilir.