Sant Luis Vaşinqton Universitetinin professor və tələbə heyəti üçün "Beynəlxalq sosial siyasətdə Azərbaycan modeli: Azərbaycanın ailə və uşaq siyasəti mövzusunda mühazirə aparılmışdır
Поделиться:
Sant Luis Vaşinqton Universitetinin Social İs tədqiqat mərkəzi və Universitetin Azərbaycanlı Doktorantı Aytəkin Hüseynıinin təşkilatçılığı ilə Universitetin professor və tələbə heyəti üçün Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva tərəfindən beynəlxalq sosial siyasətdə Azərbaycan modeli: Azərbaycanın Ailə və Uşaq siyasəti mövzusunda mühazirə aparılmışdır. Seminar Mühazirədə Azərbaycanın yerləşdiyi ərazisi,müstəqillik tarixi,qadın hərəkatı və ilk sosial müdafiə modelləri, xeyriyyə təşkilatları, post sovet dövrdə dövlətin həyata keçirdiyi sosial siyasət və müdafiə mexanizmləri haqqında danışaraq eyni zamanda bu sahədə Heydər Əliyev fondu və Mehriban xanım Əliyevanın fəaliyyəti və həyata keçirdiyi sosial layihələr barədə məlumat vermişdir. Mühazirə çox maraqla qarşılanmış və müxtəlif suallar cavablandırılmışdır. Universitetin sosial iş.fakultəsinin dekanı və mərkəzin əməkdaşları Azərbaycanda dövlət tərəfindən təşkil olunan səhiyyə təhsil və digər sosial müdafiə mexanizmləri, qanunvericiıik və çox qədim tarixə malik olan şərəfli qadın hərəkatı, qadın təhsili barədə eşitdiklərindən çox məmnun olduqlarını bildirərək Azərbaycanın öz modeli ilə fəxr etməli olduğunu vurgulayaraq onların da Azərbaycandan öyrənməli çox şeylər olduğunu bildirdilər.