Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 июля 2018

Поделиться:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:

 

Həsənov Əli Məhəmmədəli oğlu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu Azərbaycan Respublikasının mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2018-ci il.