Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqlar üçün bayram tədbiri təşkil etmişdir
Поделиться:
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iyunun 1-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə icmadan olan uşaqlar və onların valideynləri iştirak edirdi. Musiqili-əyləncəli şəkildə hazırlanmış tədbirdə uşaqlar öz rəqsləri, mahnıları və şerləri ilə həm özlərini, həm iştirakçıları əyləndirdi. Sonda balacalara hədiyyələr təqdim olundu.