4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum qadınlar üçün peşə hazırlığı kurslarına start verilmişdir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirir.
31 may 2007-ci il tarixdə qəbul edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strateqiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-cı illər)” müvafiq olaraq, Komitə tərəfindən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərinə uyğun olaraq 19 məhkum qadın üçün qısamüddətli “aşbaz”, qənnadçı, “kulinar” peşə hazırlığı kurslarına oktyabrın 21-dən start verilib və 3 ay müddətinə davam edəcək.