Komitə sədri Hicran Hüseynova Avstriyadakı missiya rəhbərlərinin xanımlarından ibarət nümayəndə heyəti ilə görüş keçirmişdir

3 мая 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında  qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Sözügedən sahədə işgüzar fəaliyyət üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycanda səfərdə olan Avstriyanın nümayəndə heyəti mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

Görüşdə Komitənin sədri Azərbaycanla Avstriya arasında əlaqələrin inkişafı barədə məlumat vermiş və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri istiqamətlər və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi, qadın sahibkarlığının inkişafı sahəsində vacib layihələr həyata keçirməkdədir.

Avstriyanın nümayəndə Azərbaycanın inkişafı, onun sosial sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirib, əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.