Sabunçu rayonu Nardaran qəsəbəsində 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir

12 октября 2015

Поделиться:

Oktyabrın 12-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə  Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbdə 11 oktyabr Beynəlxalq Qızlar Gununə həsr olunmuş tədbir həyata keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov,  Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, 295 saylı məktəbin direktoru Dilarə Cəbrayılova və digər çıxışçılar erkən nikah, qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq haqqında tədbir işrirakçılarına məlumat verilib. Sonra  mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda məktəbdə təhsil alan şagirdlərin ifasında Azərbaycanın tanınmış yazıçı və şairlərinin əsərlərindən kompozisiyalar səsləndirilib.