Qadın hüquqları üzrə seminar keçirildi

15 октября 2015

Поделиться:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi”  regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə layihəni həyata keçirir.

 

Layihə çərçivəsində Şəki, Şamaxı, Mingəçevir şəhərlərində, Daşkəsən rayonunda iki gün olmaqla qadınlar üçün “Məişət zorakılığı və qadın hüquqları” mövzuları üzrə seminarlar keçirilib. Növbəti 5-ci seminar 15-16 oktyabr tarixlərində Yevlax şəhərində Heydər Əliyev Sarayında təşkil olunub.

 

Seminarın məqsədi qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır. Seminarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak edib.

 

Seminar rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 30 nəfər qadının iştirakı ilə baş tutub. Qadınların iştirakı ilə birinci gün məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların hüquqları üzrə mövzular müzakirə edilib. Seminarlarda Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanılıb.

 

Növbəti seminarın noyabr ayında Baləkən rayonunda keçirilməsi nəzərdə tutulub.