Sünnət xeyriyyə aksiyası keçirildi
![](https://family.gov.az/store/media/post/NewFolder/11.jpg)
Поделиться:
25 avqust-da İsmayıllı rayon İcra Hakimiyyətinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında sünnət xeyriyyə aksiyası keçirilmişdir.
Xeyriyyə aksiyasına 30-a yaxın imkansız və aztəminatlı ailələrin uşaqları cəlb olunmuşdur. Rayon Mərkəzi Xəstəxanasının 3 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurla həyata keçmişdir.
Sünnət olunan uşaqlara hədiyyələr təqdim edilmişdir.