Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının nümayəndə heyəti Bakıda rəsmi səfərdədir
Поделиться:
Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasnın nümayəndə heyəti 25-29 iyul tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.
Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət qurumları və özəl təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
İyulun 26-da “İşgüzar Qadınlar” Assosiyasiyasının nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü keçiriləcək. Növbəti gün – iyulun 27-i tarixində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa təşkil ediləcək. Tədbir çərçivəsində bir sıra sahibkarlıq obyektlərinə baxış keçiriləcək.